Estoniya Xarici Kəşfiyyat Xidməti Rusiya ordusunun Ukraynaya hücum edəcəyi tarixi açıqlayıb.
Estoniya Xarici Kəşfiyyat Xidməti iddianı rəsmi hesabatına dərc edib.
Estoniya kəşfiyyatının məlumatına görə, Rusiya ordusu fevralın ikinci yarısından etibarən Ukraynaya qarşı tammiqyaslı hərbi əməliyyata başlaya bilər.
“Hərbi hazırlığın nəticələri qənaətverici olduqdan sonra əməliyyata başlamaq üçün yalnız siyasi qərar tələb olunacaq” - hesabatda qeyd olunub.
Estoniya kəşfiyyatının məlumatında həmçinin vurğulanır ki, Ukraynadakı müharibə Estoniya və ya NATO üçün birbaşa hərbi təhlükə törətmir.
Mənbə: Lenta.ru