G7 ölkələrinin XİN rəhbərlərinin Ukrayna ilə bağlı təcili görüşü keçiriləcək

G7 ölkələrinin XİN rəhbərlərinin Ukrayna ilə bağlı təcili görüşü keçiriləcək
  • Maraqlı / Dünya

  • Bu həftə Almaniyada “Böyük yeddilik” (G7) ölkələrinin XİN rəhbərlərinin Ukrayna ilə bağlı təcili görüşünün keçirilməsi planlaşdırılıb.

    “Leqal.az” TASS-a istinadən xəbər verir ki, G7 ölkələrinin XİN rəhbərlərinin görüşü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək.

    Xatırladaq ki, 18-20 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında 35 dövlət və hökumət başçısı iştirak edəcək. Tədbirdə ABŞ-ı vitse-prezident Kamala Harris və dövlət katibi Entoni Blinkenin təmsil edəcəyi, Almaniya nümayəndə heyətinə kansler Olaf Şoltsun rəhbərlik edəcəyi gözlənilir. //report

    Konfransda həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı planlaşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər