Ukraynada gərginlik: daha 3 ölkə çağırış etdi

Ukraynada gərginlik: daha 3 ölkə çağırış etdi
  • Maraqlı / Dünya

  • Ukrayna ətrafında vəziyyətin gərginləşməsi səbəbindən vətəndaşlarına ərazini tərk etmək çağırışı edən ölkələrin sayı durmadan artır.

    "Leqal.az" xəbər verir ki, son olaraq, Fransa, İraq və İtaliya hökumətləri də vətəndaşlarına çağırış edərək, Ukraynaya səfər etməmələrini tövsiyə ediblər.

    Bu ölkədə olan vətəndaşların isə Ukraynanı tərk etmələri istənilib. Xüsusilə, Ukraynanın şərqinə səfər edilməməsi xəbərdarlığı edilib.

    Qeyd edək ki, daha öncə ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, İsveç, Niderland, Kanada, Səudiyyə Ərəbistanı, İordaniya, Küveyt, BƏƏ, İsrail, Cənubi Koreya, Avstraliya və s. ölkələr vətəndaşlarına Ukraynaya səfər etməmək və buradakı vətəndaşlarına isə təcili Ukraynanı tərk etmək barədə çağırış edib.

    Bir çox ölkə isə artıq diplomatlarının təxliyəsinə başlayıb. /axar.az/
    PAYLAŞ:

    Oxşar xəbərlər