Qərb ölkələrinin Rusiya rəhbərliyi ilə apardığı danışıqlara baxmayaraq, Ukrayna sərhədləri yaxınlığında vəziyyət getdikcə daha da gərginləşir.
Bu açıqlama ilə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles çıxış edib.
“Danışıqlara baxmayaraq, vəziyyət yanlış istiqamətdə inkişaf edir. Məsələn, Rusiya tərəfi hələ də Ukrayna sərhədlərində hərbi batalyon qruplarının sayını artırır, həmçinin hərbi kontingentini hava yolu vasitəsilə Belarusa göndərir və orada qoşun yerləşdirib. Onlar tezliklə strateji nüvə qüvvələrinin təlimlərinə başlamağı planlaşdırırır və biz digər sahələrdə də fəallığın artdığını görürük” - deyə Böyük Britaniyanın müdafiə naziri bildirib.
Ben Uollesin sözlərinə görə, Böyük Britaniya gərginliyin azaldılmasına və Fransanın Minsk razılaşmalarının həyata keçirilməsinə yönəlmiş səylərini dəstəkləmək üçün mümkün hər şeyi etməyə hazırdır. /oxu.az/
LEQAL.AZ