2021-ci ilin yanvar-may aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 302,8 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 29,3% çoxdur.
LEQAL.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 1 milyon 393,5 min ton sement istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4% çoxdur.
Yanvar-may aylarında 9,3 min ton (artım 43,1%) tikinti gipsi, 28,4 min ton (artım 2,1 dəfə) sementdən kərpic və tikinti blokları, 972,7 min ton (artım 42,3%) hazır beton qarışığı, 14,7 min ton (artım 36,1%) tikinti əhəngi, 205,6 min kubmetr (artım 7,6%) tikinti kərpici, 14,121 ton (artım 86,9%) işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar istehsal edilib.
Hesabat dövründə asfalt istehsalında 78,5% (12,6 min ton), yığma beton konstruksiya istehsalında 25,6% (12,5 min kubmetr) azalma qeydə alınıb.