Rusiya Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb

Rusiya Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb
  • İqtisadiyyat

  • Bu gündən Rusiyanın Veterinar və Fitosanitar Nazarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb.

    LEQAL.AZ qurumun internet səhifəsinə istinadən xəbər verir.

    Məlumata görə, Azərbaycanın 8 alma və 19 pomidor istehsalçısı artıq məhsullarını Rusiyaya ixraz edə bilərlər. Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə videoyoxlamalar zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrinə əsasən qəbul edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər