Rusiya Azərbaycandan pomidor idxalına icazə verib

Rusiya Azərbaycandan pomidor idxalına icazə verib
  • İqtisadiyyat

  • Rosselxoznadzor dekabrın 16-dan Azərbaycanın bir müəssisəsininin Rusiyaya pomidor daşınmasına icazə verib.

    apa-nın Moskva müxbiri xəbər verir ki, qurumdan bildirilib ki, təqdim olunan analiz məlumatlarının nəticələrinə görə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Rosselxoznadzor dekabrın 16-dan etibarən Azərbaycanın Xızı rayonu ərazisində yerləşən Aqroterm MMC-dən Rusiyaya pomidor gətirilməsini mümkün hesab edib.

    Qərar Rusiya ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında 9, 11 və 14 dekabr 2020-ci il tarixlərində aparılan danışıqların nəticələrindən sonra qəbul edilib. 

    Qeyd olunub ki, hazırda Azərbaycandan daha iki istixana məhsulunun idxalına icazə məsələsi nəzərdən keçirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər