Türkiyə kosmik sahədə Azərbaycanla əməkdaşlıq edəcək

Türkiyə kosmik sahədə Azərbaycanla əməkdaşlıq edəcək
  • İqtisadiyyat

  • Türkiyə kosmik sahədə 3 ölkə ilə müqavilə imzalayıb. Azərbaycan və Pakistanla da bu sahədə əməkdaşlıq sazişləri isə imzalanma mərhələsindədir.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank deyib.

    Qeyd edək ki, Türkiyə kosmik sahədə strateji proqram qəbul edib. Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 9-da Milli Kosmos Proqramının hədəflərini açıqlayıb. Yeni nəsil milli peyklər istehsal etmək, kosmosla əlaqə qurmaq, kosmik liman yaratmaq kimi mühüm sahələrdən ibarət proqramı açıqlayan dövlət başçısı bildirib ki, əsas hədəf türk insanını Aya göndərməkdən ibarətdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər