Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025) münasibətilə yeni yubiley medalı təsis olunacaq.
Leqal.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb. Təklif olunan dəyişikliyə əsasən, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı təsis ediləcək.
Layihənin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirə olunacağı planlaşdırılır.