Sahibkarlar üçün yeni portal istifadəyə verildi

Sahibkarlar üçün yeni portal istifadəyə verildi
  • İqtisadiyyat

  • KOB inkişaf mərkəzlərinin vahid portalı olan www.kobim.az sahibkarların istifadəsinə verilib.

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata əsasən, saytın məqsədi KOB-ları bilik və bacarıqlarının artırılması üçün zəruri olan dəstək və xidmətlər barədə məlumatlandırmaq, həmçinin, bu xidmətlərə çıxışın asanlaşdırılmasıdır.

    Belə ki, onlayn platforma mikro, kiçik və orta biznes subyektlərinin, həmçinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin biznes sahəsində təlimlər və məsləhət xidmətləri, şəbəkələşmə, təcrübə proqramları, maliyyə resurslarına çıxış və digər dəstəklər barədə məlumatlandırılması və təlimlər üçün nəzərdə tutulub.

    Saytda KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM), bu mərkəzlərdə sahibkarlar üçün təşkil olunan təlimlər, məsləhət, şəbəkələşmə və digər xidmətlər, peşəkar təlimçi-ekspertlər haqqında məlumatlar verilir.

    Həmçinin, burada ay ərzində Bakı, Sumqayıt, Xaçmaz və Yevlax KOBİM-lərdə təşkil olunan ödənişsiz təlimlərə dair məlumatlar yerləşdirilir. KOB-lara ehtiyaclarına uyğun təlimlərdə iştirak etmələri üçün sayt üzərindən elektron müraciət etmək imkanı da yaradılıb. 

    Yaxın günlərdə saytda KOB-lar üçün onlayn təlim imkanı yaradılacaq, həmçinin sayta video təlim materialları yerləşdiriləcək.(oxuaz)
    PAYLAŞ:

    Oxşar xəbərlər