Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı yollarla bağlı hazırkı vəziyyəti açıqlayıb.
Agentlikdən LEQAL.AZ-a verilən məlumata görə, sıxlıq müşahidə edilən küçə və prospektlərin siyahısı aşağıdakı kimidir:
- Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsindən istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti) sıxlıq;
- Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində) sıxlıq;
- Yavər Əliyev küçəsi – (Aeroport şosesinə çıxan yol) sıxlıq;
- Qara Qarayev prospekti – (Koroğlu metro stansiyası istiqamətində) sıxlıq;
- Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində) sıxlıq;
- Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində) sıxlıq;
- Afiyəddin Cəlilov küçəsi – (Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən, Cavanşir körpüsünün üzəri istiqamətində) sıxlıq;
- Babək prospektində – (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq var.