Bakı bu gün də tıxaca təslim oldu

Bakı bu gün də tıxaca təslim oldu
  • Cəmiyyət / Maraqlı

  • Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

    Bakı Nəqliyyat Agentliyindən (BNA) LEQAL.AZ-a verilən məlumata görə, sıxlıq olan küçə və prospektlərdə ekspress və müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb. Hərəkət intervalında gecikmələr müşahidə edilir. 

    Ziya Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Bakı Olimpiya Stadionundan başlayaraq Atatürk prospekti ilə kəsişməyədək;

    Heydər Əliyev prospekti - Mərkəz istiqamətində əsas və köməkçi yolda;

    8 noyabr prospekti - Mərkəz istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyədək;

    A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində Tbilisi prospekti ilə kəsişmədən körpünün üzərindən başlayaraq tunelədək;

    Yusif Səfərov küçəsi - Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində;

    Aeroport şossesi - Mərkəz istiqamətində Ramana körpüsündən başlayaraq Sabunçu körpüsünədək;

    Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Mərkəzi bankın qarşısınadək;

    Moskva prospekti - 20 yanvar dairəsi istiqamətində Avtovağzalın qarşısınadək sıxlıq müşahidə edilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər