AVRO-2020: Bu gün ilk finalçı bəlli olacaq

AVRO-2020: Bu gün ilk finalçı bəlli olacaq
  • İdman

  • Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə start veriləcək.

    LEQAL.AZ-ın məlumatına görə, bu raundun hər iki görüşü İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.

    İlk oyun günündə bir qarşılaşma baş tutacaq. Əvvəlcə turnirin əsas favoritlərindən ikisi - İtaliya və İspaniya yığmaları finala vəsiqə uğrunda meydana çıxacaqlar. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı 60 mindən çox azarkeşin stadionda canlı izləyəcəyi gözlənilir.

    Avropa çempionatı

    Yarımfinal

    23:00. İtaliya - İspaniya

    Baş hakim: Feliks Brix (Almaniya)

    London, "Uembli" stadionu

    Qeyd edək ki, yarımfinalın digər görüşündə İngiltərə və Danimarka yığmaları qarşılaşacaq. Bu oyun iyulun 7-də gerçəkləşəcək./report
    PAYLAŞ:

    Oxşar xəbərlər