“Avro-2020”: Bakıda keçiriləcək dörddəbir final mərhələsinin ilk iştirakçısı bəlli olub

“Avro-2020”: Bakıda keçiriləcək dörddəbir final mərhələsinin ilk iştirakçısı bəlli olub
  • İdman

  • İyunun 26-da futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinə Uels-Danimarka oyunu ilə start verilib.

    LEQAL.AZ xəbər verir ki, Amsterdamdakı “Yohan Kroyf Arena”da keçirilən görüş Danimarka millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

    Danimarkalıların heyətində Kasper Dolberq (27-ci və 48-ci), Yoakim Mehle (88-ci) və Martin Brautvey (95+5-ci) fərqləniblər.

    Danimarka növbəti mərhələdəkı oyununu Bakı Olimpiya Stadionunda keçirəcək.

    İyulun 3-də Bakıda keçiriləcək dörddəbir final mərhələsində Danimarka yığmasının rəqibi Niderland - Çexiya duelinin qalibi olacaq.

    Qeyd edək ki, günün ikinci oyununda İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda oynanılacaq oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv dörddəbir finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər