AVRO-2020: İngiltərə Almaniyaya, İsveç Ukraynaya qarşı

AVRO-2020: İngiltərə Almaniyaya, İsveç Ukraynaya qarşı
  • İdman

  • Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son iki oyunu keçiriləcək.

    LEQAL.AZ-ın  məlumatına görə, qarşılaşmalar İngiltərənin paytaxtı Londonda və Şotlandiyanın Qlazqo şəhərində gerçəkləşəcək.

    Günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gələcək. "Uembli" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.

    Günün son matçında isə İsveç və Ukrayna komandaları üz-üzə gələcək. "Hempden Park" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi italiyalı Daniele Orsato olacaq.

    İsveç - Ukrayna cütünün qalibi 1/4 final mərhələsində Almaniya - İngiltərə duelinin güclüsü ilə üz-üzə gələcək.

    29 iyun

    Avropa çempionatı

    1/8 final mərhələsi

    20:00. İngiltərə - Almaniya

    Baş hakim. Denni Makkeli (Niderland)

    London. "Uembli" stadionu

    23:00. İsveç - Ukrayna

    Baş hakim: Daniele Orsato

    Qlazqo. "Hempden Park" stadionu

    Qeyd edək ki, 1/4 final mərhələsinin daha 3 görüşünün tərkibi belə müəyyənləşib: İsveçrə - İspaniya, Belçika - İtaliya, Çexiya - Danimarka.
    PAYLAŞ:

    Oxşar xəbərlər