İngiltərə komandası Almaniyanı məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb

İngiltərə komandası Almaniyanı məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb
  • İdman

  • İyunun 29-da futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.

    LEQAL.AZ xəbər verir ki, Londonda “Uembli” stadionunda İngiltərə və Almaniya seçmələri üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən görüş İngiltərə millisinin qələbəsi ilə başa çatıb - 2:0.

    Oyunda hər iki qol qarşılaşmanın sonlarında vurulub. Matçın 75-ci dəqiqəsində Rahim Sterlinq, 86-cı dəqiqəsində isə Hari Keyn komandasının vacib qoluna imza atıb.

    İngiltərə növbəti mərhələdə Ukrayna və İsveç matçının qalibi ilə qarşılaşacaq. Həmin görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

    Qeyd edək ki, dörddəbir final mərhələsinin artıq 3 cütlüyü müəyyənləşib. Belə ki, iyulun 2-də Sankt-Peterburqda İsveçrə-İspaniya, Münhendə Belçika-İtaliya, ertəsi gün Bakıda Çexiya-Danimarka matçları təşkil olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər