AVRO-2020: İngiltərə Çexiya ilə, Xorvatiya Şotlandiya ilə üz-üzə

AVRO-2020: İngiltərə Çexiya ilə, Xorvatiya Şotlandiya ilə üz-üzə
  • İdman / Maraqlı

  • Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda daha 2 oyun keçiriləcək.

    LEQAL.AZ-ın məlumatına görə, hər iki qarşılaşma D qrupunda baş tutacaq. 4 xala malik komandalardan Çexiya və İngiltərə "Uembli" stadionunda üz-üzə gələcəklər. Görüşü portuqaliyalı Artur Diaş idarə edəcək. Komandalara növbəti mərhələyə vəsiqə üçün heç-heçə də kifayət edəcək.

    Qrupun digər oyununda son dünya çempionatının finalçısı Xorvatiya Şotlandiyanı sınağa çəkəcək. Hər iki kollektiv növbəti mərhələ üçün mütləq qələbə qazanmağa çalışacaq. Qlazqo şəhərindəki "Hempden Park" stadionundakı matçın baş hakimi argentinalı Fernando Rapallini olacaq.

    Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

    AVRO-2020

    D qrupu

    III tur

    23:00. Çexiya - İngiltərə


    Baş hakim: Artur Diaş (Portuqaliya)

    London. "Uembli" stadionu

    23:00. Xorvatiya - Şotlandiya

    Baş hakim: Fernando Rapallini

    Qlazqo. "Hempden Park" stadionu

    Xal durumu: Çexiya - 4, İngiltərə - 4, Xorvatiya - 1, Şotlandiya - 1
    PAYLAŞ:

    Oxşar xəbərlər