Rusiya Avro-2020-də ilk qələbəsini finlər üzərində qazandı

Rusiya Avro-2020-də ilk qələbəsini finlər üzərində qazandı
  • İdman

  • Avropa çempionatının qrup mərhələsində II tura start verilib.

    LEQAL.AZ  xəbər verir ki, B qrupunda turnirin ev sahiblərindən Rusiya millisi Finlandiyanı qəbul edib.

    Sankt-Peterburqdakı eyniadlı stadionda keçirilən görüş rusiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Aleksey Mirançuk vurub.

    Bu qələbədən sonra xallarını 3-ə çatdıran Rusiya seçməsi qrupda 2-ci pilləyə yüksəlib. Eyni xala malik Finlandiya yığması isə 3-cüdür./sportinfo.az

    PAYLAŞ:

    Oxşar xəbərlər