Coğrafi mövqeyinə görə Rusiya üçün də Azərbaycan əhəmiyyətli ölkədir

Coğrafi mövqeyinə görə Rusiya üçün də Azərbaycan əhəmiyyətli ölkədir
  • Cəmiyyət

  •  Azərbaycan digər ölkələrdə olduğu kimi Rusiya ilə də sülh və əməkdaşlıq şəraitində yaşayır.Ölkəmiz bütün dövlətlərlə, xüsusilə, həmsərhəd olan ölkələrlə isti münasibətlərin inkişafında  həmişə maraqlı olub. Rusiya -Azərbaycan münasibətləri də bu mənada hər zaman yüksək səviyyədə olması ilə seçilib .Əsası 1724-cü ildə, Rusiyanın ilk səfirinin Azərbaycana göndərilməsi ilə qoyulan bu münasibətlər tarixi dövr ərzində rəngarəng hadisələrlə zəngin olub.
             
    MDB regionunda yanacaq-enerji resurslarına, nəqliyyat-kommunikasiya sisteminə, coğrafi mövqeyinə görə Rusiya üçün də Azərbaycan əhəmiyyətli ölkədir.Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasi və iqtisadi yol Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artiq Azərbaycan-Rusiya əlaqələrinin inkişafında yeni bir səhifə açılır.Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Prezident İlham Əliyevin Moskvaya işgüzar səfəri bu ölkələrin inkişafına yeni bir töhfə verəcək.
             
    Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. ULu öndərin  balanslaşdırılmış xarici syasət strategiyası ön plandadır.Dövlət başçımızın Rusiyaya ardıcıl səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına  verdiyi önəmi təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki,bu münasibətlər indiki kimi yüksək səviyyədə heç zaman olmayıb.2020-ci ildə Azərbaycan-Rusiya-Ermənistanın iştirakı ilə imzalanan kapitulyasiya Rusiya -Azərbaycan münasibətlərini keyfiyyətcə yeni-müttəfiqlik səviyyəsinə qaldırmışdır.
             
    Siyasi münasibətlərin inkişafı iqtisadi münasibətlərin də inkişafın müsbət təsir göstərir.Ticarətin asanlaşdırılması buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması,ticarət axınının şaxələndirilməsi nəticəsində dayanıqlı inkişaf dinamikası təmin edilib. Rusiyanın Azərbaycandakı şirkətləri də yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq geniş əməkdaşlığa yeni yollar açır.   Məhz bu ilin yanvarında Azərbaycan¬-Rusiya əməkdaşlığının  əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanmışdır.
               
    İki ölkə arasında humanitar əlaqələr də inkişafdadır.Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir.324 orta məktəbdə təhsil rus dilində aparılır.
             
    Onu da qeyd edək ki,bu il Baykal-Amur magistralının 50 illik yubileyi qeyd olunur.Bu nəhəng layihə də Ümummilli liderin adı ilə bağlıdır.Bu dünyanın ən böyük dəmiryol xətlərindən biridir.Əlverişli coğrafi mövqeyə malik bu magistral Rusiyanın neft,qaz,meşə,balıqçılıq,heyvandarlıq məhsullarının ixracında əhəmiyyətli mövqeyə sahibdir.Bu magistralla ildə təxminən 180 milyon ton yük daşınır.Yaxın gələcəkdə bu yolun uzadılması da nəzərdə tutulmuşdur.
             
    Bütün bunlar göstərir ki,U lu Öndərin əsasını qoyduğu layihələrin faydası milyonlarla insanın həyatında hiss olunur.Bu mühüm işlərin davam etdirilməsi,həyata keçirilməsi Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir.Odur ki, onun Rusiyaya işgüzar səfəri mühüm əhəmiyyət daşıyır.


         
    Abbasova Sima,
    Masallı rayonu Mahmudavar kənd tam orta məktəbin müəllimi.

    PAYLAŞ:

    Oxşar xəbərlər