Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub

Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub
  • İdman

  • Futbol üzrə Türkiyə və Azərbaycan milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

    LEQAL.AZ xəbər verir ki, Alanyadakı Oba stadionunda keçirilən matçda Türkiyə millisi 2:1 hesabı ilə qalib gəlib. Millimizin heyətində Emin Mahmudov, rəqib komandadan isə Halil İbrahim Dervişoğlu və Kaan Ayhan fərqləniblər.

    Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər