Türkiyə-Azərbaycan oyununun birinci hissəsi meydan sahiblərinin üstünlüyü ilə başa çatıb

Türkiyə-Azərbaycan oyununun birinci hissəsi meydan sahiblərinin üstünlüyü ilə başa çatıb
  • İdman

  • Türkiyə-Azərbaycan beynəlxalq yoldaşlıq oyununun birinci hissəsi meydan sahiblərinin üstünlüyü ilə başa çatıb.

    LEQAL.AZ xəbər verir ki, Alanyadakı Oba stadionunda keçirilən matçın 28-ci dəqiqəsində Abbas Hüseynovun ötürməsini Emin Mahmudov qolla tamamlayıb.Görüşün 34-cü dəqiqəsində türkiyəli futbolçu Halil İbrahim Dervişoğlu hesabı bərabərləşdirib -1:1. Daha sonra - birinci hissənin sonuncu dəqiqəsində Türkiyə millisi hesabda önə keçib. Bu dəfə Kaan Ayhan fərqlənib.

    Beləlikə, Türkiyə millisi yoldaşlıq görüşünün birinci hissəsini 2:1 hesablı üstünlüklə başa vurub.

    Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər