"Sabah" millimizin futbolçusu ilə vidalaşdı

"Sabah" millimizin futbolçusu ilə vidalaşdı
  • İdman

  • "Sabah” futbolçusu Təmkin Xəlilzadə ilə yollarını ayırıb.

    LEQAL.AZ klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

    Masazır təmsilçisi təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

    Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Təmkin Xəlilzadə 2018-ci ilin dekabrından "Sabah"da çıxış edirdi./report
    PAYLAŞ:

    Oxşar xəbərlər