İdman könüllüləri Aprel şəhidinin ailəsi ilə onlayn görüşdü

İdman könüllüləri Aprel şəhidinin ailəsi ilə onlayn görüşdü
  • İdman

  • Mayın 24-ü Azərbaycan İdman Könüllüləri ictimai birliyi və Mingəçevir Turizm Kollecinin birgə təşkilatçılığı ilə şəhid Ömər Cəbrayılovun anası ilə görüş keçirildi.

    Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a bildirilib ki, tədbiri giriş sözü ilə açan birliyin sədri Miraqil Seyidzadə çıxış edərək bildirdi ki, görüşün keçirilməsində məqsəd gənclərə vətənpərvərlik ruhunu, xalqa, torpağa bağlılıq hissini aşılamaq, həmçinin, Vətən müharibəsi şəhidlərinin gənclər arasında tanıdılmasına nail olmaqdır.

    Aprel şəhidi Ömər Cəbrayılovanın anası Nüşabə xanım şəhidin keçdiyi həyat yolundan, vətən sevgisindən danışdı, onunla hər zaman qurur duyduğunu bildirdi.

    Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək hər birimizin vətəndaşlıq borcumuz olduğu bildirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər