Millimizin oyunlarının vaxtı müəyyənləşib

Millimizin oyunlarının vaxtı müəyyənləşib
  • İdman

  • On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib.

    LEQAL.AZ AFFA-ya istinadla xəbər verir ki, "B" liqasında 3 komandalı qrupda yer alan millimiz bu ilin sentyabrın 27-də Monteneqro, ayın 30-da isə Albaniya yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları Albaniyada keçiriləcək.

    Xatırladaq ki, Avropa çempionatının final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər