Martın 28-i Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Ağdaş Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə "Depressiya və ondan çıxış yolları" mövzusunda onlayn seminar keçirildi.
Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a bildirilib ki, təlimçi Aydan Qasımova çıxışında depressiyanın ətrafımızda meydana gələn hadisələrə bir reaksiya olaraq yarandığını qeyd etdi.
Seminarda depressiyanın əlamətləri, diaqnostikası, depressiyadan çıxış yolları haqqında ətraflı məlumat verildi.
Görüşün sonunda təlimçi könüllülərin sualını cavablandırdı.