"Zamanın idarə olunması" mövzusunda onlayn seminar keçirildi - FOTO

"Zamanın idarə olunması" mövzusunda onlayn seminar keçirildi - FOTO
  • İdman

  • Martın 13-ü"Zamanın idarə olunması" mövzusunda onlayn seminar keçirildi.

    "Azərbaycan İdman Könüllüləri" ictimai birliyinin sədri Miraqil Seyidzadə tədbiri giriş sözü ilə açaraq gənclərin şəxsi inkişafını təmin etmək üçün hər həftə keçirilən seminarlar haqqında ümumi məlumat verdi.

    "Azərbaycan İdman Könüllüləri" ictimai birliyindən LEQAL.AZ-a verilən məlumata görə, təlimçi Vahid Masimov çıxışında zamanın həyatımızdakı rolundan bəhs etdi. 

    Qeyd etdi ki, bəzən informasiyanın çoxluğu bizi məqsədlərimizdən uzaqlaşdırır. Bunun üçün məqsədlərimizi və hədəflərimizi təyin etməliyik. Sonra həmin hədəfləri aylıq, həftəlik və saatlıq planlamalarla hazırlaya bilərik. Həftəlik cədvəl hazırlamaq bizə günləri daha dəqiq təyin etməyə kömək etdiyi halda, gündəlik planlar isə saatdan səmərəli istifadəni təmin etməyə kömək olur.

    Planlarımızı bu şəkildə cədvəl və ya yazılı formada işləsək unutma riskimiz olmaz və işlərimizi vaxtında və tam yerinə yetirmiş olarıq.

    Təlimçi görüşün sonunda könüllülərin suallarıını cavabladı.

    PAYLAŞ:

    Oxşar xəbərlər