"İdmanda sağlam qidalanma" mövzusunda onlayn seminar keçirilib - FOTO

"İdmanda sağlam qidalanma" mövzusunda onlayn seminar keçirilib - FOTO
  • İdman

  • Martın 27-i Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə "İdmanda sağlam qidalanma" mövzusunda onlayn seminar keçirildi.

    Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a verilən məlumata görə, qida mütəxəssisi olan təlimçi Əziz Süleymanov sağlam qidalanmadan, yuxu rejiminindən, su içməyin sağlamlıq üçün önəmli bir amil olduğundan bəhs etdi.

    Həmçinin qidalanmada sağlamlığımız üçün yararlı olan amillərin hansı qidalardan alına biləcəyi barədə faydalı məlumatlar verdi. Sağlamlığımız üçün vacib olan məsləhətlərini iştirakçılarla bölüşdü. Sonda isə təlimçi könüllülərin suallarını cavablandırdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər