İngiltərə Kubokunun dörddəbir finalında "Mançester Siti" səfərdə "Everton"u 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
LEQAL.AZ xəbər verir ki, görüş Liverpul şəhərinin "Goodison Park" stadionunda baş tutub.
Matçdakı qolları İlkay Gündoğan (84-cü dəqiqə) və Kevin De Breyne (90) vurublar.
Yarımfinal görüşlərinin püşkatması bu gün atılacaq.