Çempionlar Liqasında son püşk atıldı - YENİLƏNİB

Çempionlar Liqasında son püşk atıldı - YENİLƏNİB
  • İdman

  • UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün son püşkatma mərasimi keçirilib.

    LEQAL.AZ xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilk olaraq 1/4 final cütləri bəlli olub. Püşkü Türkiyə millisinin sabiq futbolçusu, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop çəkib.

    Nəticədə ötən mövsümün qalibi Almaniya "Bavariya"sına finalçı Fransa PSJ-si rəqib olub.

    Püşkatmanın nəticələri:

    1/4 final

    "Mançester Siti" (İngilərə) - "Borussiya" (Dortmund, Almaniya)

    "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə)

    "Bavariya" (Almaniya) - PSJ (Fransa)

    "Real Madrid" (İspaniya) - "Liverpul" (İngiltərə)

    Yarımfinal

    1. "Bavariya" (Almaniya) / PSJ (Fransa) cütünün qalibi - "Mançester Siti" (İngilərə) - "Borussiya" (Dortmund, Almaniya)

    2. "Real Madrid" (İspaniya) / "Liverpul" (İngiltərə) cütünün qalibi - "Portu" (Portuqaliya) / "Çelsi" (İngiltərə) cütünün qalibi

    Final

    1 cütünün qalibi - 2 cütünün qalibi

    Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6 - 7 apreldə, cavab qarşılaşmaları isə 13 - 14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.(report)
    PAYLAŞ:

    Oxşar xəbərlər