Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin qalibi olub

Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin qalibi olub
  • İdman

  • Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Rüstəm Orucov böyük uğura imza atıb.
    LEQAL.AZ Azərtac-a istinadən xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşdə Monqolustan təmsilçisi Anxjaya Lavjarqal, sonrakı döyüşlərdə bolqarıstanlı Mark Hristov, Rusiya təmsilçisi Musa Moquşkov, daha sonra İsveç təmsilçisi Tommi Maqiasa qalib gələrək finala yüksəlib. Final qarşılaşmasında isveçrəli Nils Stamı məğlub edən idmançımız qızıl medal qazanıb.
    Qeyd edək ki, turnirin birinci günündə yığma komandamızın üzvü Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.
    Azərbaycan “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.
    Turnir oktyabrın 25-dək davam edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər