Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
LEQAL.AZ xəbər verir ki, ikinci günün ilk matçında "Qəbələ" klubu “Zirə"ni qəbul edib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 23-cü dəqiqədə meydan sahiblərindən Vinko Medimoreç açıb. Bu qoldan 6 dəqiqə sonra "Qəbələ"dən Merab Giqauri birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qonaqlar say üstünlüyündən 90+4-cü yeni transfer Fakundo Melivilonun qolu ilə yararlanmağı bacarıblar.
Bu nəticədən sonra xalını 30-a çatdıran "Zirə" 3-cü, 23-cü xalını qazanan "Qəbələ" isə 5-ci pillədə qalıb.
Xatırladaq ki, turun ilk oyun günündə "Qarabağ" klubu "Sabah"ı 2:0 hesabı ilə yenib, "Sumqayıt" - "Keşlə" matçında isə məhsuldar heç-heçə qeydə alınıb - 2:2. Tura hazırda davam edən "Neftçi" - "Səbail" matçı ilə yekun vurulacaq.