“Zirə” doğma meydanda “Qəbələ”nin qapısından iki cavabsız top keçirib

“Zirə” doğma meydanda “Qəbələ”nin qapısından iki cavabsız top keçirib
  • İdman

  • Yanvarın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turu çərçivəsində “Zirə doğma meydanda “Qəbələ”ni qəbul edib.

    LEQAL.AZ xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada meydan sahibləri rəqibin qapısından iki cavabsız top keçiriblər. “Zirə”nin qollarını Musa Qurbanlı (45+3) və Davit Volkov (90) vurublar.

    Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran “Zirə” klubu üçüncü pillədə qərarlaşıb. “Qəbələ” isə 15 xalla hələ ki, 5-ci sıradadır.

    Hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlinə 27 xalla “Neftçi” başçılıq edir. Ondan iki oyun az keçirmiş “Qarabağ” klubu 23 xalla ikinci, onunla eyni xala malik olan “Zirə” isə üçüncüdür. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (16 xal), “Qəbələ” (15 xal), “Səbail” (13 xal), “Keşlə” (13 xal) və “Sabah” (13 xal) klubları qərarlaşıblar.

    Qeyd edək ki, hazırda “Sabah” – “Qarabağ” matçı davam edir. Tura “Keşlə”–“Sumqayıt” oyunu ilə yekun vurulacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər