Martın 7-si "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin BDU könüllülərinin, BDU THİK və "Modern Youngs"un birgə təşkilatçılığı ilə keçirilən "İntihara yox deyək" təlimi keçirilib.
Azərbaycan İdman Könüllüləri İctimai Birliyindən LEQAL.AZ-a verilən məlumata görə, təlimdə Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə, BDU klub sədri Sona Tanrıverdiyeva və peşəkar psixoloq Ruhiyyə Rüstəmova çıxış edib və sonda günümüzün problemi olan intiharla bağlı iştirakçıların bütün sualları cavablandırılıb.