Azərbaycan Milli Olimpiya Komitəsi, “Azərbaycan İdman Könüllüləri” ictimai birliyi, “Azərbaycan İdmançıları” ictimai birliyi və Azərbaycan Məktəb İdmanları Dekabrın 12-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan "Könüllülər Dekadası"nın bağlanış mərasimi keçirildi.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan "Azərbaycan İdman Könüllüləri" ictimai birliyinin sədri Miraqil Seyidzadə müasir Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımıza göstərdiyi xidmətlərdən bəhs etdi. Heydər Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiə olunmasında, müstəqilliyinin qorunmasında, suverenliyinin təmin olunmasında, dövlətçiliyin möhkəmləndirilməsində, ordu quruculuğunda, hüquqi dövlət və vətəndaş cəmiyyətinin bərqərar olmasında, demokratik institutların formalaşmasında, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsində böyük xidmətləri olduğunu qeyd edən Miraqil Seyidzadə ümummilli liderin millətinin və tarixin yaddaşında əbədi yer tutacağını qeyd etdi. Ulu öndər Heydər Əliyev və Vətən müharibəsində Şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Miraqil Seyidzadə çıxışına davam edərək "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin il ərzində keçirdiyi təlimlər, seminar və idman yarışları haqqında məlumat verdi. Bu tədbirlər zamanı fəallığı ilə seçilən İdman İdarələri və könüllülər nominasiyalar üzrə qiymətləndirildi.
Tədbirin sonunda iştirakçılar – Rüfət Əhmədov, OrxanXangəldiyev,Altun Süleymanov,Məlik Məlikov, Orxan Mustafazadə, Sadiq Həmidov, Hamlet Qasımov, Fatimə Mirzəməmmədova, Elvin Savalanlı, Tamerlan Abbasov və Elçin Qurbanov ümummilli lider Heydər Əliyevi hörmətlə anaraq onun fəaliyyətinin Azərbaycan üçün böyük əhəmiyyəti olduğunu vurğuladılar.
LEQAL.AZ.