Millimizə namizəd hücumçu 2 qol vurub qovuldu

Millimizə namizəd hücumçu 2 qol vurub qovuldu
  • İdman

  • "Minay" komandasında çıxış edən əslən azərbaycanlı futbolçu Aleksandr Nuriyev Ukrayna Premyer Liqasında XVI turun Donetsk "Olimpik"i ilə ev oyununda diqqət mərkəzinə düşüb.

    LEQAL.AZ report-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu dubl etməklə yanaşı, meydandan qovulub. Nuriyev 13-cü və 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirsə də, 18-ci dəqiqədə sarı, 85-ci dəqiqədə isə qırmızı vərəqə alıb.

    Görüş "Minay"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qapısını Azərbaycan millisinin keçmiş qolkiperi Andrey Popoviç qoruyub. Daha bir əslən azərbaycanlı futbolçu Rüstəm Əhmədzadə isə 68-ci dəqiqədə meydana daxil olsa da, 90+2-ci dəqiqədə əvəzlənməli olub.

    Bu qələbədən sonra "Minay" 15 oyundan 13 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb. Anatoli Nuriyev isə 8 qolla bombardirlər siyahısında üçüncüdür və şərikli liderlərdən bir top geridədir.

    Qeyd edək ki, Nuriyev və Əhmədzadə Azərbaycan millisinə namizəd oyunçulardır. Bir müddət öncə yığmanın baş məşqçisi Canni De Biazi Türkiyənin Antalya bölgəsində olan "Minay"ın düşərgəsinə baş çəkərək, onlarla görüşüb. Hazırda danışıqlar davam edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər