İngiltərə Premyer Liqası: “Liverpul” növbəti dəfə məğlub olub

İngiltərə Premyer Liqası: “Liverpul” növbəti dəfə məğlub olub
  • İdman

  • Fevralın 20-də futbol üzrə İngiltərə Premyer Liqasının 25-ci turunun növbəti oyunu keçirilib.

    LEQAL.AZ xəbər verir ki, son ölkə çempionu “Liverpul” öz meydanında “Everton” komandasını qəbul edib.

    “Enfild” stadionunda baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

    Oyunda hesabı erkən qolla (3-cü dəqiqə) Riçarlison açıb.

    Fasilədən sonra görüşün 83-cü dəqiqəsində “Everton” rəqibin qapısına ikinci dəfə yol tapa bilib. Qulfi Siqurdsson adını tabloya yazdırıb.

    Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

    Bu nəticədən sonra hər iki klubun aktivində 40 xal var və komandalar altıncı-yeddinci yerləri bölüşürlər.



    azərtac
    PAYLAŞ:

    Oxşar xəbərlər