25-01-2021, 04:30
Oxunma sayı:
366
İdman
Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski yeni rekorda imza atıb.
O, Bundesliqada ardıcıl səkkiz səfər oyununda qol vuran ilk futbolçu olub.
Futbolçu uğurlu seriyanı “Şalke” ilə matçda bir qol vuraraq uzadıb.
Hazırda Levandovski 23 qolla bombardirlər siyahısında ilk yerdədir.