İspaniyanın “Real Madrid” klubu Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) tərəfindən təsis edilən “Globe Soccer Awards” versiyası üzrə 21-ci əsrin ən yaxşı komandası seçilib.
LEQAL.AZ-ın məlumatına görə, mükafatın rəsmi saytı məlumat yayıb.
Mükafatlar daha bir neçə nominasiyada təqdim edilib.
Portuqaliyalı Kriştiano Ronaldonun “Əsrin oyunçusu” nominasiyasında qalib gəlib, “Bavariya”nın məşqçisi Hans Diter Flik ilin ən yaxşı məşqçisi, Pep Qvardiola isə əsrin ən yaxşı məşqçisi seçilib.
Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski “Globe Soccer Awards” versiyası üzrə 2018-ci ilin ən yaxşı futbolçusu seçilib.
Keçmiş “Real Madrid” və İspaniya millisinin qapıçısı İker Kasillyas və müdafiəçi Jerard Pike ən yaxşı futbol karyeraları üçün mükafatlar alıblar.
Ən yaxşı agent mükafatı isə yenidən Kriştiano Ronaldonun maraqlarını təmsil edən Jorj Mendeşə verilib.