Arif Rəhimov: Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsinə dair ssenarilər barədə fikir mübadiləsi aparılır

Arif Rəhimov: Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsinə dair ssenarilər barədə fikir mübadiləsi aparılır
  • İdman

  • Bu il Formula 1-in təqvimində nəzərdə tutulmuş Azərbaycan Qran-Prisinin keçirilməsi iyunun 6-na planlaşdırılır.

    LEQAL.AZ xəbər verir ki, bu barədə yarışın təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) məlumat yayıb.

    Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov bildirib ki, Formula 1 rəhbərliyi bir neçə gün əvvəl yarışın builki təqvimində bir sıra dəyişiklər edib. Buna baxmayaraq, dünya çempionatının Azərbaycan mərhələsinin plana müvafiq olaraq, iyunun 4-6-da Bakının mərkəzi küçələrində keçirilməsi nəzərdə tutulur. Azərbaycan Qran-Prisinin başlamasına beş ay qaldığı bir ərəfədə BŞH rəhbərliyi yarışın keçirilməsini mümkün edəcək ssenarilər barədə fikir mübadiləsi aparır, o cümlədən Qran-Prini canlı izləmək imkanını nəzərdən keçirir.

    Formula 1-də yeni mövsüm martın 28-də Bəhreyn Qran-Prisi ilə start götürəcək. Çempionata dekabrın 10-12-də Abu-Dabidəki yarış ilə yekun vurulması planlaşdırılır. Yeni mövsüm mərhələlərin sayına görə rekord təşkil edəcək. Belə ki, cari mövsümdə 23 Qran-Prinin keçirilməsi nəzərdə tutulub.
    PAYLAŞ:

    Oxşar xəbərlər