Azərbaycan İdman Könüllüləri ictimai birliyinin Gəncə şəhər könüllülər qrupunun rəhbəri Altun Süleymanov
Gəncə şəhərindən seçilmiş "İlin İdman Könüllüsü" fəxri adına layiq görülmüşdür.
LEQAL.AZ xəbər verir ki, "Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.
Təsadüfi deyildir ki, 2020-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli sərəncamı ilə "Könüllülər ili" elan edilmişdir. Sərəncamda deyilir: "Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir".
Bu baxımdan 2020-ildə cəmiyyəti üçün faydalı işlər görən, xalqına və dövlətinə heç bir təmənna güdmədən fədakarcasına xidmət göstərən, özündən sonrakı nəslə örnək davranışlar sərgiləyən könüllü gənclərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.