Dekabrın 28-də futbol üzrə Türkiyə çempionatının XV turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” doğma meydanda “Sivasspor”u qəbul edib.
LEQAL.AZ-ın məlumatına görə, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə istanbullular rəqibin qapısından üç cavabsız qol keçiriblər. “Beşiktaş”ın qollarını Güvən Yalçın (18), Kayl Larin (84) və Oğuzxan Özyaqub (90+2) vurub.
Günün digər matçında “Gənclərbirliyi” doğma meydanda “Kayserispor”u 3:2 hesabı ilə məğlub edib. “Konyaspor” – “Rizəspor” matçında isə qalib müəyyənləşməyib -1:1.
Tura “Antalyaspor” – “Hatayspor” matçı ilə yekun vurulacaq.
Hazırda Türkiyə Superliqasına 29 xalla “Qalatasaray” başçılıq edir. 28 xal toplayan “Beşiktaş” ikinci, 27 xal toplayan “Alanyaspor” klubu isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XV turda “Fənərbağça” istirahət edir.