Azərbaycan şahmatçılarının da iştirak etdikləri blits üzrə onlayn Avropa çempionatı başa çatıb.
LEQAL.AZ xəbər verir ki, yarışın yekun nəticələrinə əsasən şahmatçılarımızın üçü növbəti Avropa çempionatında iştirak hüququ qazanıb. Qitə çempionatının səkkizdəbir finalına yüksələn Eltac Səfərli ilə yanaşı, Günay Məmmədzadə və Kənan Qarayev də növbəti Avropa çempionatında mübarizə aparacaqlar.
G.Məmmədzadə U-20, K.Qarayev isə U-18 qrupunda ən yaxşı nəticə göstərərək fərqləniblər.