“Odlar yurdu” komandası Avropa kubokunun finalında ilk görüşlərini keçirib

“Odlar yurdu” komandası Avropa kubokunun finalında ilk görüşlərini keçirib
  • İdman

  • Şahmat üzrə klublararası Avropa kubokunun finalında Azərbaycanın qadınlardan ibarət “Odlar yurdu” komandası ilk 4 görüşünü keçirib.

    LEQAL.AZ xəbər verir ki, komandamız yalnız Fransanın “Clichy-Ezheks-92” yığması üzərində qələbə qazanıb (2,5:1,5), Rusiyanın “Qambit” (1,5:2,5), Almaniyanın “SK Schwäbisch Hall” (1,5:2,5), Polşanın “Polşa Hussars” (1,5:2,5) komandalarına məğlub olub.

    Yarışın qalibləri dairəvi sistem üzrə müəyyənləşəcək.

    Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Mammədyarova, Ülviyyə Fətəliyevanın yer aldığı “Odlar yurdu” komandası “D” qrupunda ikinci yeri tutaraq finala yüksəlib.

    Yekun nəticəyə görə, komandamız 2 xalla turnirdə 10-cudur. Birinci yerdə 7 xalla Monakonun “Monte Karlo” yığması qərarlaşıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər