Sərbəst güləşçimiz Hacı Əliyev dünya kubokunda dörddəbir finala vəsiqə qazanıb

Sərbəst güləşçimiz Hacı Əliyev dünya kubokunda dörddəbir finala vəsiqə qazanıb
  • İdman

  • Azərbaycanın daha bir sərbəst güləşçisi, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev Serbiyada keçirilən fərdi dünya kuboku turnirinin dörddəbir finalına vəsiqə qazanıb.

    LEQAL.AZ xəbər verir ki, güləşçimiz səkkizdəbir finalda rusiyalı dünya çempionu Hacımurad Rəşidovu üstələyib. Güləşçimiz ikinci dəqiqənin sonunda rəqibinə fənn tətbiq edərək 4:0 hesabı ilə önə keçib. Rusiya idmançısı zədə üzündən görüşü davam etdirə bilmədiyi üçün Azərbaycan təmsilçisi qalib elan edilib və növbəti mərhələyə yüksəlib.

    Qeyd edək ki, bundan əvvəl daha bir sərbəst güləşçimiz - Əhmədnəbi Qvarzatilov da dörddəbir finala vəsiqə qazanıb. Gitinoməhəmməd Hacıyev (70 kq), Camaləddin Məhəmmədov (125 kq), Hacımurad Məhəmmədsəidov (92 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər