Daha 3 güləşçimiz fərdi dünya kuboku yarışlarında mübarizəyə başlayır

Daha 3 güləşçimiz fərdi dünya kuboku yarışlarında mübarizəyə başlayır
  • İdman

  • Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

    LEQAL.AZ xəbər verir ki, turnirin ikinci günündə - dekabrın 13-də 60, 63, 82, 97 və 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Daha 3 güləşçimiz xalça üzərinə çıxacaq. Belə ki, Nihat Məmmədli (60 kiloqram) moldovalı Viktor Çiobanu, Taleh Məmmədov (63 kiloqram) Ukrayna təmsilçisi Aleksey Masik, Beka Kandelaki (130 kiloqram) Rumıniya güləşçisi Alin Kiurariu ilə qarşılaşacaq.

    Turnirin ikinci yarısında, həmçinin millimizin üzvü İslambek Dadov (67 kiloqram) qızıl medal uğrunda görüşə çıxacaq. Eldəniz Əzizli (55 kiloqram) isə təsəlliverici görüşdə gücünü sınayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər