Dekabrın 7-si "Könüllülər Dekadası" çərçivəsində "Gənclər və İdman İdarələrində könüllülük təcrübəsinin təşkili" mövzusunda növbəti onlayn görüş keçirildi.
“Azərbaycan İdman Könüllüləri” ictimai birliyinin sədri Miraqil Seyidzadə çıxışında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin gördüyü işlərin və könüllülər üçün yaradılan imkanların xüsusi seçildiyini bildirdi.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxışında İdarənin keçirdiyi Şəhidlərin adını daşıyan idman yarışlarından, seminarlardan danışaraq bu tədbirlər zamanı könüllülərin verdiyi dəstəyi qiymətləndirdi. Öz könüllülük fəaliyyətindən bəhs edən Nəcəf Novruzov gəncləri hər zaman gördükləri işi daha ürəkdən etmələrini və bunun nəticəsində daha çox nailiyyət qazanacaqlarını vurğuladı.
Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri Tamerlan Əkbərov çıxışında keçmiş könüllülük təcrübəsindəki fəaliyyətində ona qazandırdığı müsbət keyfiyyətlərdən bəhs etdi.
LEQAL.AZ