"Reqbi idman növünün inkişafında könüllülərin rolu" mövzusunda onlayn görüş keçirilib

"Reqbi idman növünün inkişafında könüllülərin rolu" mövzusunda onlayn görüş keçirilib
  • İdman

  • Dekabrın 6-sı "Könüllülər Dekadası" çərçivəsində "Reqbi idman növünün inkişafında könüllülərin rolu" mövzusunda onlayn görüş keçirilib.

    İştirakçıları salamlayaraq sözə başlayan tədbirin moderatoru Altun Süleymanov Reqbi idman növü haqqında ümumi məlumat verib.

    "Azərbaycan İdman Könüllüləri" ictimai birliyinin sədri Miraqil Seyidzadə çıxışında Azərbaycan Reqbi Federasiyasının gördükləri işlərdən bəhs edərək qısa bir zamanda inkişaf etdiyini bildirib.

    Azərbaycan Reqbi Federasiyasının I vitse-prezidenti Elvar Osmanova çıxış edərək Reqbi idman növünün təbliği üçün görülən işlərdən, gələcək planlardan bəhs edib. Könüllülərin idmana verdiyi dəstəyi yüksək qiymətləndirərək Federasiyada onlar üçün yaradılmış imkanlardan yararlanmağa dəvət etdi.

    Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

    LEQAL.AZ


    PAYLAŞ:

    Oxşar xəbərlər