İspaniyanın "Barselona" klubu ciddi maliyyə problemi ilə üzləşib.
LEQAL.AZ-ın məlumatına görə, bu barədə Kataloniya təmsilçisində prezident vəzifəsini müvəqqəti icra edən Karles Tusqets "Rac 1" telekanalına müsahibəsində deyib.
Klub rəsmisi vəziyyətdən çıxış yolu kimi Lionel Messinin satılmasının tərəfdarı olduğunu bildirib: "Amma bunun üçün məşqçilər heyəti ilə danışmaq lazımdır. Bu mövsüm üçün problem həll olunub. Oyunçular yanvar ayının maaşlarını almayacaqlar. Amma hazırda xərclərimiz inanılmaz dərəcədə çoxdur. Olduqca qorxulu mənzərə ilə üz-üzəyik. Lakin stadionlar açıldıqdan sonra vəziyyəti düzəldə bilərik".
Tusqets Fransanın PSJ komandasında çıxış edən Neymarın yenidən transfer edilməsi məsələsinə də toxunub: "Bu keçid yalnız havayı olarsa, baş tuta bilər. Ya da ki, yeni prezidentin sehrli çubuğu olmalıdır".
Qeyd edək ki, "Barselona"da prezident seçkiləri 2021-ci il yanvarın 24-də keçiriləcək.