İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Ukraynada Kiyev "Dinamo"suna qarşı matçı buraxacaq.
LEQAL.AZ Kataloniya təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 33 yaşlı argentinalı hücumçu həmin qarşılaşmaya sifariş olunmayıb.
Bundan əlavə, Frenki De Yonqun adı da iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Ronald Kumanın hər iki oyunçuya istirahət verdiyi bildirilib.
Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Dinamo" - "Barselona" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.(report)