Avstriyanın “Rapid” futbol klubu UEFA Avropa Liqası tarixində antirekorda imza atıb.
LEQAL.AZ xəbər verir ki, Vyana təmsilçisi turnirdə ən çox məğlub olan komanda olub.
“Rapid” son olaraq qrup mərhələsinin 5-ci turunda İngiltərədə “Arsenal”a 1:4 hesabı ilə uduzub. Bu komandanın turnirdəki 27-ci məğlubiyyəti olub.
Xatırladaq ki, bundan əvvəl bu antirekord Norveçin “Rusenborq” klubuna aid olub. Norveç klubu qitənin ikinci ən nüfuzlu turnirində 26 dəfə məğlub olub.